Şəmkir gəncləri fəaliyyətlərinin üçüncü ilini qeyd ediblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəmkir nümayəndəliyinin üçillik hesabat konfransı keçirilib.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, konfransda dövlət qurumlarının təmsilçiləri, GİKM-in Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, Gənc könüllülər və rayonun fəal gəncləri iştirak ediblər