Zaqatalalı gənc rəssam Rəşad Şabanov 40 şəhidin portretini yaradıb
Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənc həvəskar rəssam Rəşad Şabanovun portret janrında yaratdığı rəsm əsərlərindən ibarət sərgi açılıb. Sərgidə rəssamın ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı 40 şəhidin portret əsəri nümayiş etdirilib. Sərginin açılışında rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, yaxınları, ziyalılar, gənclər iştirak ediblər