Bakıda yay caz günləri festivalının açılış mərasimi keçirilib
İki illik fasilədən sonra Bakı yay caz günləri (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edib.
AZƏRTAC xəbər verir ki, iyulun 6-da Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin dəstəyi ilə təşkil edilən festivalın açılış mərasimi giriş sərbəst olmaqla Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçirilib