Kişi voleybolçulardan ibarət millimiz Belarusa yollanıb
“AVRO-2023”ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb. Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamız Minskdə iyulun 16-dək hazırlıq keçəcək