“Azəriqaz”ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırıb
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Salyan Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Şirvan xidmət sahəsində olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, Şirvan xidmət sahəsinin inzibati binasında işçilər üçün yaradılan şəraitlə tanış olan baş direktor idarənin kollektivi ilə görüşüb