Ukraynada qatar stansiyası raket hücumuna məruz qalıb, azı 22 nəfər həlak olub
Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplino qəsəbəsinin qatar stansiyasının raket atəşinə tutulması nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərə yaxın insan xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb