Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə So Byoq Su ilə yanaşı, Koreya Milli Assambleyasının komitə sədrləri və üzvləri daxildir