Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün 229 namizəd qeydiyyatdan keçib
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı sentyabrın 11-də keçiriləcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Test imtahanı vermək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında sentyabrın 1-dək aparılacaq