Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib
Ukraynada meymunçiçəyi virusuna ilk yoluxma faktı laboratoriyada təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
"Hazırda xəstə stasionar müalicə üçün tibb müəssisəsinə yerləşdirilib, xəstəliyin yüngül gedişi var", - məlumatda deyilir