Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsinə qeydiyyat davam edir
Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat sentyabrın 29-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahan kağız daşıyıcılar vasitəsilə iki mərhələ üzrə təşkil olunur. Namizədlər DİM-saytında qeydiyyatdan keçə bilərlər