Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın daha bir cüdoçusu qızıl medal əldə edib.
AZƏRTAC xəbər verir ki, tatami ustamız Elcan Hacıyev (81 kq) həlledici mərhələdə İtaliya idmançısı Briqht Nosa Maddalonyaya qalib gələrək çempion titulunu qazanıb