Azərbaycan Basketbol Liqası: “Sərhədçi” klubu üçüncü qələbəsini qazanıb
Noyabrın 17-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyununda “Sabah” və "Sərhədçi" komandaları üz-üzə gəlib. Görüşdə "Sərhədçi" klubu rəqibinə 91:84 hesabı ilə qalib gələrək çempionatda üçüncü qələbəsini qazanıb