Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək
Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.
AZƏRTAC məlumata əsasən bildirir ki, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 28 metr/saniyəyədək güclənəcəyi gözlənilir