Dünyanın ən yaşlı olimpiyaçısı Feliks Sienra vəfat edib
Uruqvay sakini, 1948-ci ildə London Yay Olimpiya Oyunlarının iştirakçısı olan Feliks Sienra 107 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.
Bildirilib ki, idmançı Olimpiadanın ən yaşlı iştirakçısı idi. Onun yelkənli idman növündə mübarizə apardığı qeyd edilir