Avropa çempionatı: Qız həndbolçulardan ibarət yığmanın rəqibləri bəlli olub
Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub