Pensiya və sosial müavinət alanlar arasında 2-ci Respublika Şahmat Turniri keçiriləcək
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Respublika Şahmat Turniri təşkil edir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, turnirdə yaşı 50-dən yuxarı olan bütün benefisiarlar iştirak edə bilərlər