Sərvər Bəşirliyə avtomobil hədiyyə edən Türkiyəli iş adamı: “ÇOX TƏSİRLƏNDİM” – FOTO
Türkiyəli iş adamı Sebahettin Civelek Türkiyəyə zəlzələdən zərərçəkənlərə göndərmək üçün köhnə maşınına yüklədiyi əşyalarla fotosu çəkilən və sosial mediada paylaşıldıqdan sonra çoxlarının rəğbətini qazanan Sərvər Bəşirlinin bu xeyirxah əməlindən təsirləndiyi üçün avtomobil hədiyyə edib və onun evinin tikintisinə dəstək olub.