Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti martın 6-da Gürcüstan parlamentinin Azərbaycanın qanunverici orqanı ilə dostluq qrupunun sədri Arçil Talakvadze ilə görüşüb