Mərkəzi Bank: Bugünkü hərracda tələb 44,8 milyon ABŞ dolları təşkil edib
Martın 7-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 44,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb