Budapeştdə azərbaycanlı tələbələrin iştirakı ilə “İki səs, bir sevgi” adlı şeir gecəsi keçirilib
Aprelin 3-də Azərbaycanın Macarıstandakı səfirliyində “İki səs, bir sevgi” adlı şeir gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib