Yeniyetmə güləşçilər Avropa çempionatına dörd bürünc medalla başlayıb
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı keçirilir.AZƏRTAC xəbər verir ki, yarışın startında 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb. Mübarizəyə 1/4 finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib