Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (II cəhd) nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün iyulun 16-da keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının II cəhdinin nəticələrini elan edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər