Cari mövsümün ən sürətli pit-stopu Azərbaycan Qran-Prisində olub
Formula 1 çempionatı mövsümündə ilk dəfə olaraq yürüş gedişində ən sürətli pit-stopu “Alpine” komandasının mexanikləri yerinə yetiriblər: onlar Fernando Alonsonun bolidinə 18-ci dövrədə 2.74 saniyə ərzində xidmət ediblər. Bu, rekord olmasa da, ötən Qran-Pridə ən yaxşı nəticə hesab olunub