Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün qeydiyyat aparılır
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı iyunun 19-da keçiriləcək. AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, iyunun 13-ü saat 09:10-a olan məlumata görə, imtahan vermək üçün 134 nəfər (AC - 4, BA - 32, BB - 98) qeydiyyatdan keçib