Juventus Football Manager 20`də olmayacaq
Konami (PES) ilə əməkdaşlıq edən Juventus bu sezon Football Manager oyununda da mövcud olmayacaq. Bundan öncə EA Sports şirkətinin FİFA 20`də Juventus`un loqosundan istifadə edə bilməməsi video oyun sənayesində səs-küyə səbəb olmuşdu.
ONBİR Calcio e Finanza`ya istinadən xəbər verir ki, 19 Noyabrda işıq üzü görəcək Football Manager oyunun son versiyasında Juventus rəsmi olaraq mövcud olmasa da, istifadəçilər oyun zamanı klubun xidmətlərindən “Zebralar” adı altında yararlana biləcəklər.
Xatırladaq ki, daha öncə işıq üzü görmüş FIFA 20`də Juventus “Piemonte Calcio” adı altında mövcud idi.
Bunlara səbəb klubun Konami şirkəti ilə birgə işləməsidir. Tərəflər arasında olan müqaviləyə əsasən, bu mövsüm Juventus rəsmi adı və loqosu ilə yalnız Pro Evolution Soccer (PES 20) oyununda mövcud olacaq.