Rəsulzadənin rəsmini çəkən rəssamın yenə cəzalandırılması tələb olunur
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) cinayət məsuliyyətinə cəlb olunması üçün yenə xüsusi ittiham qaydasında iddia qaldırılıb.