“Microsoft” şirkətinin məhsulu olan “Outlook”da kritik boşluq aşkarlanıb - Xəbərdarlıq
“Microsoft” şirkətinin məhsulu olan “Outlook”da kritik boşluq (CVE-2023-23397) aşkar olunub.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu boşluq “Microsoft Outlook”un bütün versiyalarına təsir göstərir və “CVSS”də təsiri “9.8” olaraq qeyd olunub